Aida   Quliyeva Aydın

Aida Quliyeva Aydın

SABAH Mərkəzinin rəhbəri

رابط Avesis
Bakı, İstiqlaliyyət 6, (I Tədris binası)
a.guliyeva@unec.edu.az 
+(99412) 492 61 81
+(994) 12 492-84-38
+(994) 12 492-59-03 (11-41)
Quliyeva  Aida  Aydın qızı 1996-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
2001-ci ildə ABŞ-ın Corciya Ştatının Atlanta şəhərində yerləşən Corciya Dövlət Universitetində MBA kurslarında təhsil almışdır.
2005-ci ildə Böyük Britaniyanın Oksford şəhərində yerləşən Oksford Universitetində “post doctoral research“ proqramı üzrə fəaliyyət göstərmişdir.
2009-cu ildə Macarıstanda Azərbaycan səfirliyinin təşəbbüsü ilə Sent İstvan Universitetində (Gödolle şəhəri), Dünya İqtisadiyyatı institutunda (Budapeşt) “Azərbaycan İqtisadiyyatı – problemlər və perspektivlər” mövzusunda mühazirələr oxumuşdur.
Hazırda “Rəqəmsal iqtisadiyyat və tətbiqi informatika” kafedrasının dosentidir.
2014-cü ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH mərkəzinə rəhbərlik edir.
  • AR Prezidentinin 2011-ci il 26 sentyabr tarixli Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilib.
  • 2015-ci ilin oktyabrında gənc nəslin təlim-tərbiyə sahəsində yüksək nailiyyətlər əldə etdiyinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı”na layiq görülüb.
  • 2020-ci ildə UNEC-in 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.

2018-ci ilin may ayından “Çex sosial elmlər, biznes ve iqtisadiyyat” (“Czech Journal of Social sciences, Business and Economics”) jurnalının və “Beynəlxalq İqtisadi xəbərlər” (“International Economics Letters”) jurnallarının redaksiya heyətinin üzvüdür.