Elnarə  Məmmədova

Elnarə Məmmədova

رابط Avesis
Bakı, İstiqlaliyyət, 6 (I korpus, otaq 203, 204, 209)
+(994) 12 492-60-43
+(994) 12 492-68-19

+(994) 12 492-59-03 (daxili: 11-59, 10-59, 11-89, 11-99)
Elnarə Yusif qızı Məmmədova 1995-2000-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsində bakalavr təhsili alıb.
2000-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis İqtisadiyyatı və İdarəetmə ixtisası üzrə magistr təhsili alıb.
Sumqayıt Dövlət Universitetinin doktorantıdır. Doktorantura mövzusu “Kiçik və orta müəssisələrdə innovasiya fəaliyyətinin səmərəliliyinin artırılması”dır.
2014-2019-cü ilin iyun ayınadək Azərbaycan Dövlət İqtisad Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsində mətbuatla iş üzrə mütəxəssis vəzifəsində çalışıb. 2019-cu ilin iyun ayından İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
UNEC-də ənənəvi olaraq, hər il keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların Beynəlxalq Elmi Konfransının təşkilat komitəsinin üzvüdür.

Akademik kitabxanaların yeni fəaliyyət istiqamətləri üzrə Beynəlxalq Elmi Konfransın təşkilat komitəsinin üzvüdür.