Tələbələrin ixtisas təcrübəsi müvafiq təhsil proqramının tərkib hissəsidir. Təcrübənin təşkili, həcmi, məqsədi və keçirilmə müddəti mütəxəssis hazırlığı aparan müvafiq istiqamətlər (ixtisaslar) üzrə dövlət təhsil proqramı ilə müəyyənləşdirilir. UNEC-də təcrübə üçün ayrılmış kreditlər nəzərə alınmaqla, aşağıdakı ixtisas qrupları üzrə əyani təhsilalma formasında təhsilin IV ili, qiyabi təhsilalma formasında isə təhsilin V ilinin yaz semestrində olmaqla respublikadaxili və respublikadankənar müəssisə və təşkilatlarda istehsalat təcrübəsi təşkil edilir.
Şöbə fəaliyyətini aşağıdakı istiqamətlərdə həyata keçirir: tələbələrin ixtisas təcrübələrinin təşkili, təcrübənin təşkili və gedişinin təkmiləşdirilməsi və təcrübəyə nəzarət etmək; təcrübənin təşkili və gedişinə metodiki, əməli rəhbərliyi həyata keçirmək, təcrübənin yekun sənədlərinin hazırlanmasını təşkil etmək; təcrübənin təşkili sahəsində təcrübə rəhbərləri, ixtisas kafedraları tərəfindən müəyyən edilmiş müəssisələrlə müqavilələrin bağlanmasını təşkil etmək; təcrübə proqramlarını təcrübə obyektləri ilə razılaşdırmaq; müəssisə təcrübə rəhbərlərini müvafiq təcrübə sənədləri ilə təmin etmək.