Leyli  Həmidova Əli

Leyli Həmidova Əli

"Humanitar fənlər" kafedrasının dosenti

Avesis link
 Bakı, Həsən Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
Həmidova Leyli Əli qızı 6 noyabr 1977- ci ildə Naxçıvan MR Ordubad rayonunun Dəstə kəndində  anadan olub.  
1994- cü ildə Bakı şəhəri Binəqədi rayonu  248 №-li orta məktəbini bitirmişdir.
1994- cü ildə Bakı Dövlət Univeristetinin Tarix fakultəsinə daxil olmuşdur.
1998- ci ildə Tarix fakultəsinin bakalavr, 2000-ci ildə həmin fakultənin magistr  şöbəsini bitirmişdir.
2001- ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinin “Azərbaycan tarixi” kafedrasında laborant  kimi fəaliyyətə başlamış,  2002-ci ildən “Humanitar fənlər” kafedrasında müəllim, 2016 – cı ildən baş müəllim, 2022- ci ildən isə “Humaniutar fənlər” kafedrasında dosent vəzifəsində çalışır.
2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər” kafedrasının dissertantı olmuş, 2013- cü ildə “Türkiyə və Avropa İttifaqı münasibətləri” adlı fəlsəfə doktoru  dissertasiyasını  müdafiə etmişdir. 
 Azərbaycan Respublikasının Prezidenti Yanında   Ali  Attestasiya Komissiyasının 14  yanvar  2014 cü il tarixli qərarı ilə siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.  
Hazırda "Humanitar fənlər" kafedrasının dosenti vəzifəsində işləyir.
20-dən artıq elmi əsərin müəllifidir. Bunların içərisində “Azərbaycan tarixi  XV əsr” dərs vəsaiti , “XV-XVII əsrlərdə Azərbaycanın Avropa  dövlətləri ilə əlaqələri ” adlı metodik vəsaiti  çap edilmişdir.
Ailəlidir, iki övladı var.