Vəkil  Həsənov  Səfiyar

Vəkil Həsənov Səfiyar

“Humanitar fənlər” kafedrasının müdiri

Avesis link
 Bakı, H.Əliyev küçəsi, 135 (II Tədris binası)
+(994) 12 564-40-07
19.09.1957-ci ildə Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində anadan olub.
1981-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  Tarix fakultəsini (1976-1981-ci illər) bitirib.
Ali təhsili başa vurduqdan sonra təyinatla AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda 1981-1988-ci illərdə baş laborant və kiçik elmi işçi vəzifələrində çalışmışdır.
1989/1990-cı tədris ilində Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Tarix kafedrasında müəllim vəzifəsində çalışmışdır.
1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək, Tarix elmləri namizədi alimlik dərəcəsi alıb.
1990-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.
1990-1996-cı illərdə Universitetin “Azərbaycan tarixi” kafedrasında müəllim, baş müəllim, 1996-2011-ci illərdə həmin kafedrada dosent vəzifəsində çalışıb.
2008-ci ildə tarix üzrə doktorluq dissertasiyası müdafiə edərək tarix üzrə elmlər doktoru elmi dərəcəsi,  2012-ci ildə isə “Professor” elmi adı alıb.
2017-ci ildən hal-hazıra kimi “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsində çalışır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə 2018-ci ildə “Professor” elmi adı alıb.
Azərbaycan Respublikası Prezidenti yanında AAK-da tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvü, BDU-da Tarix fakultəsində buraxılış işlərinin müdafiəsi üzrə Dövlət İmtahan komissiyasının sədri kimi fəaliyyət göstərib.
100-dən artıq elmi əsərin, 2 monoqrafiya, 2 dərs vəsaiti, proqramların müəllifidir. Elmi məqalələri Türkiyə və Rusiyada nəşr olunub.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI (hiperlinkli)
2005-ci ildə “Həmkarlar İttifaqlarında xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il Sərəncamına əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
2025-ci ildə UNEC-in 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

Ailəlidir, üç övladı var.