Yalçın Köçərli  Ənvər

Yalçın Köçərli Ənvər

QƏTM-nin şöbə müdiri

Avesis link
Bakı, Həsən Əliyev 135, (II Tədris binası)
+(994) 12 564-38-92
Köçərli Yalçın Ənvər oğlu 1976-cı ildə Bakı şəhərində doğulub.
1993-1997-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Təhsil, elm və sosial-mədəni sahələrin iqtisadiyyatı ixtisası üzrə bakalavr; 1997-1999-cu illərdə magistr dərəcəsi üzrə təhsil alıb.
2000-2003-cü illərdə İqtisad Universitetinin  aspiranturasını bitirib.
2000-ci ildən İqtisad Universitetinin «Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi» kafedrasında müəllim, 2018-ci ildən baş müəliim vəzifəsində çalışıb. 
21-22 iyun 2007-ci ildə «İslam Konfransı Təşkilatına üzv ölkələrin iqtisadiyyatında turizmin rolu» Beynəlxalq elmi-praktiki konfransında «Azərbaycanda turizm sahəsində beynəlxalq əməkdaşlığın inkişaf perspektivləri: təkliflər» mövzusunda çıxış edib.
8 dekabr 2007-ci il tarixində Azərbaycan Turizm İnstitutunda «Turizm və rekreasiya: problemlər və perspektivlər» adlı I Respublika elmi-praktiki konfransında;
22 noyabr 2008-ci ildə II Respublika elmi-praktiki konfransında;
25-27 may 2016-cı il  III Beynəlxalq Türk Dünyası Araşdırmaları Simpoziumunda çıxış edib.
UNEC-lə Mədəniyyət və Turizm Nazirliyi arasındakı əlaqələndirici komissiyanın üzvüdür. UNEC ekspertidir. 2015-ci ildən UNEC-də “Keyfiyyət elçisi”dir. 
UNEC  rektorunun  24 aprel 2017-cı il əmrinə   əsasən  Distant, Qiyabi və Əlavə təhsil Mərkəzinin Qiyabi təhsil şöbəsinin müdiri vəzifəsinə  təyin olunub.
2022-ci ilin oktyabrında “İstiqlaliyyət 6” ünvanı üzrə ərazi partiya təşkilatına yeni sədr və sədr müavini seçkiləri keçirilib. Yalçın Köçərli təşkilatın sədr müavini seçilib.
Hazırda UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının baş müəllimidir.

1 Metodik göstəriş, 25 elmi məqalənin müəllifi, 18 fənn proqramının həmmüəllifidir.
"Turizmin əsasları" fənni üzrə mühazirələr kursu və proqram. January 2015
2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 14 noyabr 2024-cü il 3-29/3-2-733F/2024 saylı əmri ilə təsdiq edilmiş,  yeni kompetensiyalara uyğun bakalavr hazırlığı üçün “Sosial siyasət”, “Azərbaycanda sosial yardım sistemi”, “Sosial işdə idarəetmə” fənnləri üzrə proqramların həmmüəllifidir. “Sosial siyasət”,  “Sosial sahələrin iqtisadiyyatı” fənnlərini tədris edir.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI
Elmi əsərlər (hiperlinkli əlavələr)
  • 16-17 aprel 2007-ci ildə Ümumdünya Turizm Təşkilatının «Turizm marketinqi və turizmdə reklam texnikası» beynəlxalq seminarında  sertifikatla təltif edilib.
  • 19 dekabr 2009-cu ildə III Respublika elmi-praktiki konfransında universitetimiz adından müxtəlif mövzular üzrə çıxış etməklə sertifikatlarla təltif edilib.
  • 29 aprel 2009-cu ildən Avropa İttifaqının maliyyə dəstəyi ilə «Peşə təhsili və təlimi sahəsndə islahatlar strategiyası və Azərbaycanın seçilmiş rayonunda pilot icrası» layihəsi çərçivəsində turizmdə peşə standartlarının hazırlanması prosesində iştirak edərək mükaflandırılıb.
  • 2015/2016-cı tədris ilində səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunub.
  • 25 noyabr 2020-ci il, Əmr № 4001. Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi münasibətilə və səmərəli fəaliyyətinə, vəzifə funksiyalarını peşəkarlıqla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Nazir Emin Əmrullayev tərəfindən təltif edilmişdir.
  • 498/3/2025 saylı əmrə əsasən əmək funksiyalarını məsuliyyətlə yerinə yetirdiyinə görə və  UNEC-in 95 illik yubileyi münasibətilə FƏXRİ FƏRMANLA təltif edilmişdir.
  • Hacettepe Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti arasında imzalanmış protokola əsasən 24.05.2021-30.06.2021 tarixlərdə “Sosial siyasət” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur. 
  • 08 fevral 2022-ci il (Sənəd №112-017-02-2022) “Sosial işdə idarəetmə” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə SERTİFİKAT -la təltif olunmuşdur. 
  • 03 oktyabr 2022-ci il (Sənəd №256-017-10-2022) 1 saylı Bakı DOST Mərkəzinin direktoru Kamran Abdullayev tərəfindən “Azərbaycanda sosial yardım sistemi” fənni üzrə keçirilən təlim proqramını uğurla başa vurduğuna görə Sertifikatla -la təltif olunmuşdur.
Ailəlidir. Üç övladı var.