UNEC-in müəllimi beynəlxalq proqramın qalibi olub

  • 12 марта 2025
  • 101

UNEC Biznes Məktəbinin müəllimi Mirvari Qəzənfərli İspaniyanın “Harbour Space Universiteti” ilə Azərbaycanın “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” (IDDA) tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi “Maşın Öyrənmə və Proqram Təminatının İnkişafı proqramı (DigiRise: Machine Learning & Software Development)” peşəkarların ixtisasartırma proqramının 50 qalibindən biri olub.

Proqram 13 yanvar tarixində başlayıb və 10 ay davam edəcəkdi. M.Qəzənfərli 2 moduldan uğurla keçib.