Aygün Behbudova

Aygün Behbudova

Ссылка Avesis
 Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
22 sentyabr 1973-cü ildə anadan  olub.
1980-1990-cı illərdə Bərdə rayonu Kürdüborakı  kənd orta məktəbində  təhsil  alıb.
1992-1997-ci illərdə  Bakı Dövlət Universitetinin Sosial elimlər və psixologiya fakültəsinin psixologiya şöbəsində təhsil alıb.
1997-2001-ci illərdə Bakı  Dövlət Əmtəəşünaslıq Kommersiya İnistitutunun Humanitar elmlər kafedrasında saat hesabı qaydada Fəlsəfə  və psixologiya fənnindən dərs deyib.
2005-2010-cu illərdə  müəllimlərin  təkmilləşdirmə institutunda  ixtisasartırma kurslarını keçib.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Humanitar elmlər” kafedrasına müəllim işləyib.
Hazırda "Humanitar fənlər" kafedrasının baş müəllimidir.
2011-ci ildə kafedra  əməkdaşları ilə müştərək  Fəlsəfə  fənni üzrə vəsait hazırlayıb.
2013-cü ildə  İdarəetmə psixologiyasınan dərs vəsaiti, 2013-cü ildə “Təhsilə psixoloji xidmətin əsas istiqamətləri” adlı məqalə yazıb.