Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
+(994) 12 564-40-07
ramin.gurbanov@unec.edu.az
Qurbanov Ramin Müsü oğlu 14 sentyabr 1967-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunun Böyük Məzrə kəndində anadan olub.
1985-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub. 
1992-ci ildə həmin universitetin tarix fakültəsini (əyani şöbə) bitirib.
1986-1988-ci illərdə ordu sıralarında xidmət edib.
1992-ci ildə Azərbaycan Texnologiya İnstitutunun Bakı filialına göndərilib.
1993-cü ildə Bakı filialı müstəqil Azərbaycan Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutu kimi fəaliyyət göstərməyə başlayıb.
1995-ci ilə qədər həmin institutda laborant və baş laborant, 1995-ci ildən müəllim vəzifəsində işləyib. 1998-ci ildə baş müəllim vəzifəsinə seçilib.
2004-cü ilin yanvarında “XIX əsrin birinci yarısında Azərbaycanda azadlıq hərəkatı” mövzusunda dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasında baş müəllimi, 2010-cu ilin fevral ayından həmin kafedranın dosenti olub.
2016-cı ildən 2019-cu ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq münasibətlər” kafedrasının müdiri olub.
21.06.2019-cu ildən “Beynəlxalq münasibətlər və diplomatiya” kafedrasına keçirilmişdir.
Hazırda "Humanitar fənlər" kafedransının dosentidir.
Ailəlidir, üç övladı var.