Ramil  Sadıqov Əli

Ramil Sadıqov Əli

"Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti

Avesis链接
 Bakı, Murtuza Muxtarov küçəsi, 194 (III Tədris binası)
+(994) 12 492-59-03 (13-24)
02.11.1983-cü il tarixində Füzuli rayonunda ziyalı ailəsində anadan olub.
1999-cu ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinə “Ekologiya, ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə” ixtisasına daxil olub, təhsil aldığı müddətdə “əlaçı” təqaüdü ilə yanaşı rektor akademik A.Məhərrəmov tərəfindən “xüsusi təqaüd” ilə də təmin olunub.
2003-2004-cü illərdə tədris ilində Universiteti fərqlənmə diplomu ilə bitirərək, həmin fakültədə “Coğrafi ekologiya” ixtisasına yiyələnərək ali təhsilimi magistratura pilləsi üzrə davam etdirmiş və 2006-cı ildə diplom müdafiəsindən “əla” qiymət alaraq bitirib.
15.01.2007 tarixində AMEA-nın “Eroziya və Suvarma ETİ”-nin “torpaqşünaslıq”  ixtasası üzrə aspirantura-doktorantura pilləsinə daxil olub. Aspirant olduğu 3 il ərzində dissertasiya işi üzərində gərgin işləmiş, və mövzunu bitirərək müdafiə üçün təqdim edib. 
01.04.2014 tarixində “KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACININ DAĞ-ƏKİNÇİLİK ZONASINDA TORPAQLARIN MÜNBİTLİK PARAMETR-LƏRİNƏ EROZİYA PROSESLƏRİNİN TƏSİRİ (Gədəbəy rayonu timsalında)” mövzusunda yazdığım dissertasiya işini müdafiə edib və AAK-nın qərarına əsasən aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi adına layiq görülüb.
02.04.2012 tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İxtisaslaşdırma və İxtisasartırma İnstitutu”nun “Hidrometeorologiya və ətraf mühitin monitorinqi şöbəsi”ndə aparıcı-mütəxəssis vəzifəsində, 31.10.2012 tarxindən isə həmən şöbənin rəisi vəzifəsində çalışıb.
16.09.2013 tarixindən Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hidrotexniki qurğular və hidravlika” kafedrasına tam ştat assistent vəzifəsində, 15.09.2014 tarixindən isə həmən kafedrada baş müəllim vəzifəsində fəaliyyətini davam etdirmiş, 2016-2017-ci tədris ilində universitet daxilində aparılan elmi-islahatlar nəticəsində ixtisasına uyğun olaraq “Ekologiya” kafedrasında konkursdan keçərək tam ştat baş müəllim vəzifəsində çalışıb.
2019-2022-ci tədris illərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiyası” fakültəsinin “Neft-kimya texnologiyası və Sənaye Ekologiyası” kafedrasında dosent vəzifəsində çalışıb.
2022-2023-cü tədris ilindən etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik” fakültəsinin “Mühəndislik və Tətbiqi Elmlər” kafedrasında dosent vəzifəsində çalışıb.
Elmi fəaliyyətini davam etdirmək üçün 2015-2016 tədris ilindən etibarən  Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “YENI ŞƏMKİRÇAY SU ANBARI HÖVZƏ TORPAQLARININ EKOLOJİ QİYMƏTLƏNDİRİLMƏSİ” mövzusunda Akademik Q.Ş. Məmmədovun elmi məsləhətçiliyi altında torpaqşünaslıq və ekologiya ixtisası üzrə doktorluq dissertasiyası mövzusu üzərində tədqiqat aparır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.
23.11.2024-cü il tarixindən 0,5 ştat əvəzçiliklə dosent vəzifəsində saxlanılmaqla  Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Hazırda "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosentidir.
100-dən artıq elmi məqalə və tezislərin müəllifidir. Məqalələri azərbaycan, rus və ingilis dillərində, daxili və xarici nəşrlərdə dərc edilib.

AKADEMİK PROFİLLƏR
60-dan çox bakalavr və magistr diplomçunun elmi rəhbəri olmuşdur.